Bakıda dəhşətli qətl: Təqsirli bilinənlərin məhkəməsi keçirildi - Baku TV
Bakı sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilənlər barədə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Növbəti iclas dekabrın 10-na təyin edilib.
Araşdırmalarla avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun əvvəlcədən əlbir olaraq tamah məqsədilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- "Bununla öldürmək olardı?!" - Arvadı Nüşabəni öldürən əfqanıstanlıdan dəhşətli etiraflar - Baku TV
- Bakıda mağazadan quldurluq edənə ağır cəza verildi - Baku TV
- Bakıda dəhşət | İş yoldaşını stəkanla öldürən şəxsin məhkəməsində nələr yaşandı?
- "Qobu Park-3"də qandonduran qətl | Təcili yardım çağırmağa qoymadı ki...
- Bakıda kişi arvadı, nənəsi və baldızını öldürmək üçün görün nə etdi | Yaşlı qadını yumruqladı ki...
