Bakıda kişi arvadı, nənəsi və baldızını öldürmək üçün görün nə etdi | Yaşlı qadını yumruqladı ki...
2024-cü ilin mayın 17-də Sabunçu qəsəbəsi, Şəhər şosesi 3 ünvanında yerləşən evdə dəhşətli cinayət hadisəsi baş verib. Hadisədən 2 gün sonra cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini əvvəllər məhkum olunmuş 28 yaşlı Elnur Əliyev saxlanılıb.
İstintaqla müəyyən edilib ki, mayın 16-da Elnur Əliyev arvadı Elminaz Əliyevaya zəng edərək qonaq getdiyi anasıgilin evlərindən geri çağırıb. Yoldaşının onunla birgə yaşamaq istəmədiyini və ayrılmaq istədiyini bildirdikdə aralarında mübahisə başlayıb. Qisas almaq niyyəti ilə qadını öldürmək qərarına gələn Elnur Əliyev mayın 17-də Sabunçu qəsəbəsi, Şəhər şosesi, 3 ünvanında yerləşən evə gedib.
Aqressiv şəkildə arvadını çağırıb, ondan çölə çıxmasını tələb edib. Arvadının nənəsi ondan səs-küy salmayıb, çıxıb getməsini tələb etdikdə, yumruqla qadının üzünə zərbə vurub.
Qonşuları köməyə çağırmaqdan ötrü həyətə çıxan baldızının arxasınca qaçaraq onun boynundan tutub və üzərindəki bıçaqla 4 dəfə zərbə endirib.
Sonra arvadının üzərinə hücum çəkib. Onu arxası üstə yerə yıxıb bıçağı göstərərək başını kəsəcəyi ilə hədələyib. Qadının baş nahiyəsinə və döş qəfəsinə 2 dəfə zərbə vurub. Nənəsi onun əlindəki bıçağın tiyəsindən tutub, mane olmağa çalışanda, qadının sol əlinin 3 barmağı kəsilib. Daha sonra kürəyinə də zərbə endirib. Baldızı suqabını onun başına çırpdığı üçün yerə yıxılıb və qonşuların gəldiyini görərək hadisə yerindən qaçıb.
Zərərçəkmiş şəxslər vaxtında Sabunçu Tibb Mərkəzinə çatdırılaraq həyatları xilas olunub.
Məhkəmə iclasında Elnur Əliyev özünü qismən təqsirli bilərək bildirib ki, Elminaz Əliyevanı qaçıranda qızın 17 yaşı olub, 1 ildən sonra rəsmi nikaha daxil olublar. 2023-cü ildə oğlan övladları dünyaya gəlib. Bu illər ərzində münasibətləri yaxşı olub.
Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş ediblər.
Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə başlanılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.
#Cinayət işi teqi istifadə olunub
- Bakıda dəhşətli qətl: Təqsirli bilinənlərin məhkəməsi keçirildi - Baku TV
- DTX-nin ələ keçirdiyi Şöhrət Məmmədova hökm oxundu - Baku TV
- “Arvadımı ağzından tutub hamama saldım ki...” | Bakıdakı qandonduran hadisənin detalları - Baku TV
- "Ramiz Mehdiyev işi"ndə Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu
- Ərəblər Azərbaycan xalqından üzr istədilər
