Pleyeri seçin:

Qurumdan ananın imtina etdiyi körpə ilə bağlı təcili açıqlama

21 yanvar 2025 602 baxış

“Sifilis xəstəliyindən ölən körpənin müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib”.

Bu barədə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.

Bildirilib ki, körpə 2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə dünyaya gəlib:

“2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə sifilis xəstəsi olan anadan 27 həftəlik 850 qram çəkisində uşaq dünyaya gəlib. Sifilis birbaşa doğum evində aşkar edilib.

Körpə anadangəlmə sifilis diaqnozu ilə avqustun 27-də Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə köçürülüb. Körpəyə anadangəlmə sifilis, ekstremal azçəkili uşaq, infeksiya fonunda inkişaf edən sarılıq, hepatit, tənəffüs pozğunluğu sindromu diaqnozları qoyulub.

Sentyabrın 5-də uşaq Reanimasiya şöbəsindən Vaxtından əvvəl doğulmuşların patologiyası şöbəsinə köçürülüb. Qeyd olunan diaqnozlarla uşaq 2025-ci il yanvarın 17-dək müalicə alıb, qaraciyərin fermentləri çox yüksək rəqəmlərdə olub. Sifilis xəstəliyinə uyğun olaraq, uşaq mütəxəssisin təyinatı ilə şöbədə müvafiq müalicə alıb. Müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib.

Yanvarın 17-də axşam saatlarında qəfil ölüm baş verib. Ölüm barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə və Baş Prokurorluğa məlumat verilib”.

Banner
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 602 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 602 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 602 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 602 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 602 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 602 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 602 baxış
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 602 baxış
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026 602 baxış
Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Hadisə
29 oktyabr 2026 602 baxış
Seçilmişlər
icon