Rusiyada saxlanılan azərbaycanlılar kimlərdir? - Qalmaqallı xəbərin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda Azərbaycandan olan sahibkarlardan rüşvət alan polis əməkdaşları saxlanılıb.
Tutulanlar həmin rayonun 87, 97 və 128-ci polis bölmələrinin rəisləridir. Onlar ümumilikdə 150 min rubl, 3200 manat rüşvət almaqda ittiham olunurlar.
Məlumata görə, azərbaycanlı iş adamları olan Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov aksizsiz spirtli içki və qaçaqmal siqaret satışı ilə məşğul olublar.
İş adamlarını isə rüşvət vermək ittihamı ilə tutublar. Amma azərbaycanlılar bütün ittihamları rədd edirlər. Müxtəlif fəxri fərmanlara sahib olan polis rəislərindən biri də ittihamları böhtan adlandırıb.
Bununla yanaşı, azərbaycanlıların polislərə rüşvət verdikləri barədə fakt yoxdur. Yəni pul köçürmələri, yaxud müəyyən görüşlər qeydə alınmayıb.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
