Sakinlərin yanan binadan xilasedilmə görüntüləri | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin girişində quraşdırılan elektrik lövhəsi və 2 ədəd dolab 5 kvadratmetr sahədə yanıb.
Yanğınsöndürənlər tərəfindən qatı tüstülənmə səbəbindən evdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Evin böyük hissəsi yanğından mühafizə olunub.
#Nizami rayonu teqi istifadə olunub
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
