Pleyeri seçin:
Şəkidə gəncin ölümünə səbəb olan sürücü həbs edildi
Şəki Ağır Cinayətlər Məhkəməsində fevralın 7-də Yevlax rayonunun Ərəş kəndi ərazisində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Hidayət Bəhrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən Hidayət Bəhrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbsə alınıb. Onun vurduğu kənd sakini, 2005-ci il təvəllüdlü Ələmdar Soltanov xəstəxanada vəfat etmişdi. Həlak olan gəncin hərbi xidmətini başa vuraraq evə yeni qayıtdığı qeyd olunur.
Kopyalandı
#Şəki teqi istifadə olunub
- “Gecə öz-özünü idarə edirdi, amma...” | Oğlu 85 yaşlı kişinin faciəvi ölümündən danışdı
- ”Cavan uşaq olsa da, qələt edib” | Şəkidə qandonduran hadisə
- Şəkidə İƏT-in İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirildi
- Hadisə nəticəsində üç nəfər öldü
- Sahibsiz itlər qoyun sürüsünə hücum etdi | Şəkidə insanlar və heyvanlar risk altında
