Pleyeri seçin:

Şərurlu İsfəndiyar məhkəmədən boyun qaçırdı | MTK-nın sahibinin həbsi istənildi

13 may 2025 895 baxış

Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun məhkəmə prosesi keçirilib.

Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə baş tutan ilk hazırlıq iclasında iştirak edən tanınmış iş adamının anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, İsfəndiyar Axundov həbsdə olan iş adamı Emil Səməndərovu dələduz adlandırdığı üçün xüsusi ittiham qaydasında şikayət edilərək məhkəməyə verilib.

Prosesdə şikayətçinin vəkili Asim Abbasov İsfəndiyar Axundovun məhkəmə proseslərinə gəlməkdən boyun qaçırtdığını əsas gətirərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb.

İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov isə bunu əsassız hesab edib. Məhkəmə vəsatəti təmin etməyib. Növbəti vəsatət isə İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub.

İsfəndiyar Axundov isə öz növbəsində vəsatətə münasibət bildirərək Emil Səməndərovun vətəndaşlara vurduğu ziyanı ödəməyə hazır olduğunu deyib.

Onun barəsində məhkəmə tərəfindən təmin edilən vəsatət isə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə əvvəllər hər hansı cinayət törədib-törətməməsi barədə müvafiq sorğunun göndərilməsi barədə olub.

Xatırladaq ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Banner
Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Hadisə
10 noyabr 2026 895 baxış
“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

Hadisə
10 noyabr 2026 895 baxış
184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

Hadisə
09 noyabr 2026 895 baxış
Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Hadisə
08 noyabr 2026 895 baxış
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 895 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 895 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 895 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 895 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 895 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 895 baxış
Seçilmişlər
icon