Pleyeri seçin:

Sifətinə silinməz iz salmaq istədim | Məhkum hadisənin səbəbini etiraf etdi

30 may 2024 380 baxış

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Babaxan Həsənəliyev təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Bundan sonra məhkum yoldaşını öldürməyə cəhd edən Azər Şalıyevin ifadəsi dinlənilib.

Hazırda Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində məhbus olan Azər Şalıyev məhkum yoldaşı zərərçəkən Şəhriyar Baxşəliyevlə hər-hansı bir ədavətinin olmadığını vurğulayıb. Şəhriyara xəsarət yetirməsinin səbəbini onun şəxsi telefon nömrələri qeyd olunan kitabçasına baxması ilə əsaslandırıb.

Bu cür hallar məhkumlar arasında nalayiq hərəkət kimi qiymətləndirildiyindən o, Şəhriyarın sifətinə silinməz iz salmaq məqsədilə ona ülgüclə xəsarət yetirməyi planlaşdırıb. Bu məqsədlə də Azər məhkum yataqxanasında əşyaların saxlanc yerində Şəhriyara qəfil hucum edərək onun sifətini ülgüclə kəsmək istəyib. Nəticədə zərərçəkənin boyun arteriya damarı kəsilib və o, təcili tibb məntəqəsinə çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Zərərçəkən Şəhriyar Baxşəliyev isə ifadəsi zamanı bildirib ki, onun oxuyub-yazmaq savadı yoxdur və hər-hansı bir kitabçaya baxmaq ittihamı ona qarşı olan iftiradır. Zərərçəkən bütün bunlara baxmayaraq, ona xəsarət yetirən məhkum yoldaşından şikayətçi olmadığını deyərək onu bağışladığını bildirib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbsdədir. Təqsirləndirilən Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın müddət qalıb.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 380 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 dekabr 2025 380 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 dekabr 2025 380 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
20 dekabr 2025 380 baxış
2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 380 baxış
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 380 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 380 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 380 baxış
“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
19 dekabr 2025 380 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Hadisə
19 dekabr 2025 380 baxış
Seçilmişlər
icon