Həbsxana yoldaşına hücum edən məhkuma yenidən hökm oxundu | Detallar açıqlandı
12 saylı cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin cinayət işinin məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Azər Şalıyevə hökm oxunaraq o, 5 il azadlıqdan məhrum edilib.
Bildirək ki, Azər Şalıyev aralarında yaranan mübahisə zamanı digər məhkum Şəhriyar Baxışəliyevin üz nahiyəsinə xəsarət yetirmək istəyərkən ülgüc onun boğazını ağır yaralamışdı.
Məhkəmədə Azər Şalıyev zərərçəkənlə hər hansı bir ədavətinin olmadığını vurğulayıb. Şəhriyar Baxşəliyevə xəsarət yetirməsini isə Şəhriyarın ona məxsus telefon nömrələri qeyd olunan kitabçaya baxması ilə əsaslandırıb. Bu, məhkumlar arasında nalayiq hərəkət kimi qiymətləndirildiyindən o, Şəhriyarın sifətinə silinməz iz salmaq məqsədilə ona ülgüclə xəsarət yetirməyi planlaşdırıb.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbsdədirlər. Təqsirləndirilən Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş Şəhriyar Baxşəliyevin isə 3 ilə yaxın müddəti qalıb. Məhkum yoldaşına qarşı törətdiyi əmələ görə Azər Şalıyevə Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Buzovnada qohumlar arasında dava qətllə bitdi - Baku TV
- İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV
- Arvadını qətlə yetirən nəyi etiraf etdi? | "Mələklər seçilmiş insan olduğumu deyirlər" - Baku TV
- Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV
- "Meydan TV" işi üzrə məhkəmə başladı - Baku TV
