Pleyeri seçin:
Su basan ərazilərdə təcili tədbir | FHN sakinləri təxliyə edir
Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.
Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.
Kopyalandı
#Gəncə teqi istifadə olunub
- Gəncədə pravoslavlar Pasxa bayramını qeyd edir - Baku TV
- Gəncədə 39 nömrəli məktəbdə baş verən hadisə ilə bağlı qərar verildi - 24 SAAT
- "Bizi aldadırlar, yaxına da buraxmırlar" | İşçilər niyə 7 aydır maaş ala bilmirlər? - Baku TV
- “Onda fikirləşdim ki, yüz faiz ölüb...” | Tək yaşayan qadının dəhşətə gətirən sonu - Baku TV
- “Gecə bildik ki, Ləman ölüb...” | 19 yaşlı tələbənin başına gələn yaxınlarını şoka saldı - Baku TV
