Pleyeri seçin:
Sumqayıtda qızının qətlində ittiham edilən ata hakim qarşısında
Sumqayıtda azyaşlı qızını öldürməkdə təqsirləndirilən Ahmet Turan Yeşilin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Məlumata görə, iş üzrə toplanan materiallar məhkəmə istintaqında araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 13-də keçiriləcək.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində 1 yaş 4 aylıq qızını suda boğaraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda ölümlə nəticələnən hadisə | Hərbçi həlak oldu - Baku TV CANLI
- “Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV
- Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI
- “Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV
- FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV
