Şüvəlandakı atışma ilə bağlı təfərrüatlar ortaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, 1 mülki şəxsi qətlə yetirib.
Verilən rəsmi məlumatda şübhəlinin polis əməkdaşlarını “Lancaster” kalibrli ov tüfəngi ilə qətlə yetirdiyi qeyd olunub.
Məlumat üçün qeyd edək ki, “Lancaster” kalibrli ov tüfəngləri arasında Azərbaycanda ən geniş yayılanı Rusiya istehsalı olan “Vepr-1V” yarımavtomatik silahıdır. 9,6/53 “Lancaster” kalibrli bu ov tüfənginin çəkisi 3,985 qram, xəzinə tutumu 5 güllədir.
Bu kalibrdən olan digər ov tüfəngləri arasında Rusiyanın “Kalaşnikov” konserninin istehsalı olan Mr-155 silahının bazasında yığılan 12 kalibirli TG1, eyni zamanda SVD (snayper) bazasında yığılan “Tiqr” karabinin konstruksiyasını təkrar edən 9,6/53 kalibirli TG3 silahlarıdır. Bu silahların da hər birinin xəzinəsi 5 ədəd patron tutur.
Qeyd edək ki, silahların hamısı Azərbaycanda ovçular mağazalarında satışdadır.
#Xəzər rayonu teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
