Pleyeri seçin:
Təmir sexində baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobil təmiri sexində yanğın baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450 kvadratmetr olan avtomobil təmiri sexində təmirə dayanan “Porsche Taycan” markalı minik avtomobilində baş verən yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb. Avtomobil təmiri sexi və sexdə yerləşən digər maşınlar yanğından mühafizə olunub.
Kopyalandı
#Nizami rayonu teqi istifadə olunub
- Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
