Pleyeri seçin:

Ukraynada azərbaycanlılara qarşı silahlı insident baş verdi

03 sentyabr 2025 370 baxış

Ukraynanın Kiyev vilayətinin Fastov şəhərində güllələnən azərbaycanlılarla bağlı təfərrüatlar və hadisəni törədənin kimliyi məlum olub.

Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbədən Baku TV-nin Şərqi Avropa bürosuna özəl olaraq bildirilib ki, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü Ukrayna vətəndaşı, Fastov şəhər sakini İvanenko Oleksandr Volodimiroviçdir. O, 2022-ci ilin yazından 2023-cü ilin payızına qədər Ukrayna Ordusunda döyüşüb.

Kiyev vilayətinin prokuroru Dmitro Prokudin isə bildirib ki, azərbaycanlılar qarpız satırmış və iş vaxtı insident yaşanıb:

“Artıq müəyyən edildiyi kimi, qarpız satan şəxslər etnik azərbaycanlılardır, lakin Ukrayna vətəndaşlarıdırlar, onlar da Fastovdə yaşayırlar. Bu, ata Rəhimov Fərman və ölən oğlu İsmayıldır. Onlara yaxınlaşan həmin şəxslə söhbət zamanı mübahisə düşüb. Mübahisə münaqişəyə çevrilib və 52 yaşlı Fastov sakini evinə gedərək tapança götürüb, geri qayıdaraq ata və oğulu güllələyib.

Bu faciəli hadisə nəticəsində Rəhimov İsmayıl dünyasını dəyişib. Yaralı ataya lazımi köməklik göstərilib. Xoşbəxtlikdən onun zədəsi ciddi deyildi və o qədər də ağır nəticələrə səbəb olmayıb. O, artıq xəstəxanadan çıxıb, indi oğlunun dəfni ilə məşğuldur.

Dərhal sonra hadisə yerinə digər hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib hücum edən şəxsi həbs ediblər. Hazırda mən şəxsən ona Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürmüşəm. Bu maddələrin ən ağırı iki və ya daha çox şəxsi öldürməyə cəhddir. Məhkəmə onu təqsirli bildiyi halda bu maddələr ilə onu ömürlük həbs cəzası gözləyir”.

Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT

Cəlilabaddakı hadisə ilə bağlı Baş Prokurorluq məlumat yaydı - 24 SAAT

Hadisə
05 fevral 2026 370 baxış
Göygöldə dəhşətli qətl | Kənd sakininin meyiti dərədən tapıldı - Baku TV

Göygöldə dəhşətli qətl | Kənd sakininin meyiti dərədən tapıldı - Baku TV

Hadisə
05 fevral 2026 370 baxış
Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi

Cəlilabadda qardaşının övladlarını baltalayan kişinin ölüm səbəbi

Hadisə
04 fevral 2026 370 baxış
Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV

Hadisə
04 fevral 2026 370 baxış
Şabranda şagirdlər arasında mübahisə davaya səbəb oldu - Baku TV

Şabranda şagirdlər arasında mübahisə davaya səbəb oldu - Baku TV

Hadisə
04 fevral 2026 370 baxış
Sumqayıtda mənzildən kişi meyiti tapıldı - Baku TV

Sumqayıtda mənzildən kişi meyiti tapıldı - Baku TV

Hadisə
04 fevral 2026 370 baxış
Gəncədə dəhşətli hadisə | 25 yaşlı gənci küçədə bıçaqladılar - Baku TV

Gəncədə dəhşətli hadisə | 25 yaşlı gənci küçədə bıçaqladılar - Baku TV

Hadisə
03 fevral 2026 370 baxış
"Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV

"Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV

Hadisə
03 fevral 2026 370 baxış
Yanğın olan ərazidə son vəziyyət | Hadisə yerindən bağlantı - Baku TV CANLI

Yanğın olan ərazidə son vəziyyət | Hadisə yerindən bağlantı - Baku TV CANLI

Hadisə
03 fevral 2026 370 baxış
Rusiya-Ukrayna müharibəsində döyüşən Azərbaycan vətəndaşlarına cinayət işi açıldı - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsində döyüşən Azərbaycan vətəndaşlarına cinayət işi açıldı - Baku TV CANLI

Hadisə
03 fevral 2026 370 baxış
Seçilmişlər
icon