Pleyeri seçin:

Yeyib-içdiyi qayınatasına əsəbiləşən kürəkəndən ağlasığmaz addım | SONUNCU ŞAHİD

28 fevral 2025 355 baxış

Kürəkəni onu danlayan qayınatasını qətlə yetirdi.

Kənan (şərti ad) və Əbülfət (şərti ad) qan qohumu idilər. O həm də Əbülfətin kürəkəni idi. Onlar tikililərdən birində işləyirdilər. Kənan fəhlə, Əbülfət isə nəzarətçi kimi çalışırdı.

Günlərin birində Əbülfət kürəkəninə həftəlik maaşını verəndə Kənan pulun həddindən artıq az olduğunu görür, amma susur. Əbülfət ona “hər şey yaxşı olacaq, evə get, qızımı tək qoyma” deyir.

Axşam Kənan əsəbindən rahat otura bilmir. Həyat yoldaşı Nuranə nə olduğunu soruşanda Kənan dözməyib atasının ona verdiyi pulun az olmasından, gördüyü işin müqabilində qazanc əldə etməməsindən şikayətlənir. Nuranə atası ilə danışacağını deyir. Daha sonra isə qadın atasına zəng edərək onu evlərinə çağırır.

Beləliklə, bir neçə saat sonra atası gəlir. Onlar masa arxasına keçib söhbət edirlər. Əbülfət qızını dinlədikdən sonra bütün bu söhbətlərin çox cılız məsələlər olduğunu, tikinti sahəsində işlərin heç də yaxşı getmədiyini deyir. Sözünü bitirdikdən sonra Əbülfət Nuranəyə “nəyə ehtiyacın varsa, mənə de” ifadəsini işlədərək pulu masanın üzərinə qoyur.

Ertəsi gün Kənan tikintiyə gedir və işləməyə başlayır. Qəflətən Əbülfət ona yaxınlaşaraq “sən fəhlə kimi də düzgün işləmirsən” deyir. Kənan isə əsəbiləşməyə başlayır.

Hadisə günü tikintidə iş getsə də, Kənan orada olmur. Əbülfət şəhərdəki kafelərin birinə yollanır. Kürəkəninin kafedə olacağını təxmin edir və onunla rastlaşır.

Qayınatası Kənan ilə söhbət etmək, dərdləşmək qərarını verir. Daha sonra kafedən çıxıb Kənanın evinə yollanırlar.

Onlar həyətə daxil olanda Əbülfət Kənana “atan kimi olma, kişi ol” deyir. Kənan bunu təhqir kimi qəbul edir, əvvəldən planlaşdırdığı kimi cibindən bıçağı çıxararaq Əbülfətə bir neçə zərbə endirir. O, aldığı xəsarətlər nəticəsində həyatını itirir. Kənan isə könüllü surətdə hüquq-mühafizə orqanlarına təslim olur.

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Xətaidə dəhşətli ailə faciəsi | İki nəfər dəm qazından boğularaq həyatını itirdi - Baku TV CANLI

Hadisə
22 dekabr 2025 355 baxış
"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV

Hadisə
22 dekabr 2025 355 baxış
"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

"Kişini niyə çıxarmadığını soruşdum, yalan dedi ki..." | Müəmmalı yanğın faciə ilə bitdi - Baku TV

Hadisə
22 dekabr 2025 355 baxış
87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV

Hadisə
21 dekabr 2025 355 baxış
“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

“Yola çıxanda artıq canavar xanımı...” | Yasa gedən Şəki sakinləri dəhşət yaşadı - Baku TV

Hadisə
21 dekabr 2025 355 baxış
Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 355 baxış
Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Hadisə
21 dekabr 2025 355 baxış
Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Hadisə
21 dekabr 2025 355 baxış
FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

Hadisə
21 dekabr 2025 355 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Hadisə
21 dekabr 2025 355 baxış
Seçilmişlər
icon