Zabratda avtomobil təmir sexi yanaraq külə döndü | FHN hadisə yerində
Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, “BMW” markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20 kvadratmetr olan birotaqlı evin və sahəsi 6 kvadratmetr olan yardımçı tikilinin tavanı ümumilikdə 12 kvadratmetr sahədə, obyektin 2-ci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.
Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
#Zabrat qəsəbəsi teqi istifadə olunub
- "Ay anam-bacım, pul istəyirlər!" | Sakinlərdən etiraz | "Yoldan keçən yandırıb atır" - Baku TV
- "İçib çöldə dava edirlər" | Məhəllədə açılan kafe sakinləri təngə gətirdi - Baku TV
- "Xaraba gününə qoydular, heç kimi də saymırlar" - Zabrat sakinlərini boğaza yığan problem - Baku TV
- "Dedilər, həkim yoxdur" | Yaşadığı hadisəyə görə şok keçirən 7 yaşlı oğlanın dəhşətli ölümü
- Bakıda faciə | Ata qucağında 7 yaşlı oğlu ilə maşın sürərkən...
