İdman
Pleyeri seçin:

AVRO-2024: Azərbaycan millisi Avstriya yığmasını qəbul edib

17 oktyabr 2023

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşünü keçirib.

Yığmamız 6-cı turun matçında Avstriya futbolçularını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunun ilk hissəsi bərabər səviyyəli mübarizə ilə əlamətdar olub. Fasiləyədək qapılar qarşısında təhlükəli vəziyyətlər yaransa da, hesab açılmayıb.

2-ci yarının əvvəlində isə Marsel Zabitser qonaqlar irəli çıxarıb. Görüşün qalan hissəsi gərginliyi ilə diqqət çəkib. Nəticədə yunanıstanlı baş hakim 8 futbolçuya sarı vərəqə göstərib.

Son saniyələrdə isə Qvido Bürqştaller komandasını azlıqda qoyub. Bununla belə avstriyalılar qələbə hesabını qoruya biliblər.

Millimizə 1-0 hesabı ilə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdıraraq vaxtından əvvəl AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb. 4 xalı olan Azərbaycan seçməsi isə F qrupunda 4-cü yerdədir.

Qeyd edək ki, futbolçularımız seçmə mərhələnin növbəti oyunu çərçivəsində noyabrın 11-i İsveç kollektivini qəbul edəcək.

Aleks de Souza Türkiyə klubunda baş məşqçi olacaq

Aleks de Souza Türkiyə klubunda baş məşqçi olacaq

İdman
06 may 2024
Renat Dadaşov karyerasını harada davam etdirəcək?

Renat Dadaşov karyerasını harada davam etdirəcək?

İdman
06 may 2024
Lionel Messi və Kriştiano Ronaldo bu klubun formasını geyinəcəklər

Lionel Messi və Kriştiano Ronaldo bu klubun formasını geyinəcəklər

İdman
06 may 2024
“Bakı Marafonu 2024” başa çatdı | Qaliblər müəyyənləşdi

“Bakı Marafonu 2024” başa çatdı | Qaliblər müəyyənləşdi

İdman
05 may 2024
"Qarabağ" Nəriman Axundzadə ilə bağlı qərar verdi

"Qarabağ" Nəriman Axundzadə ilə bağlı qərar verdi

İdman
05 may 2024
"Neftçi" 33-cü turda "Qarabağ"ın qonağı olub

"Neftçi" 33-cü turda "Qarabağ"ın qonağı olub

İdman
05 may 2024
Futbol üzrə İspaniya çempionatında qalib məlumdur

Futbol üzrə İspaniya çempionatında qalib məlumdur

İdman
05 may 2024
"Barselona" intizamsız futbolçusunu transferə çıxarır

"Barselona" intizamsız futbolçusunu transferə çıxarır

İdman
03 may 2024
“Barselona”nın ulduzu “Qalatasaray”a qoşulacaq

“Barselona”nın ulduzu “Qalatasaray”a qoşulacaq

İdman
03 may 2024
Musa Qurbanlı karyerasını Türkiyədə davam etdirə bilər

Musa Qurbanlı karyerasını Türkiyədə davam etdirə bilər

İdman
03 may 2024
Seçilmişlər
icon