İdman
Pleyeri seçin:
AVRO-2024-də 1/8 finalın daha 3 iştirakçısı məlumdur
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının III turunda C qrupu çərçivəsində 2 görüş baş tutub.
“Alyans Arena”da keçirilən oyunda Danimarka və Serbiya milliləri üz-üzə gəliblər.
“Rhein Energie” stadionunda baş tutan matçda isə İngiltərə və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətiriblər.
Sözügedən hər iki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, bu nəticələrdən sonra İngiltərə millisi qrup birincisi, Danimarka isə ikinci kimi 1/8 finala vəsiqəni təmin edib. Həmçinin Sloveniya seçməsi ən yaxşı qrup üçüncüsü olaraq pley-offa adlayıb.
Kopyalandı