İdman
Pleyeri seçin:

AVRO-2024 | İtaliya - Albaniya matçı

16 iyun 2024

AVRO-2024-ün B qrupunda ilk tura İtaliya – Albaniya matçı ilə yekun vurulub.

Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilən görüşdə hesab artıq 22-ci saniyədə açılıb. Albaniya millisini irəli çıxaran Nedim Bayrami həm də Avropa çempionatları tarixində ən erkən qolun müəllifi olub.

Lakin italyanların cavabı özünü çox gözlətməyib. AVRO-2020-nin qaliblərinin heyətində Alessandro Bastoni fərqlənib. 16-cı dəqiqədə isə “Skuadra Adzurra” hesabda irəli çıxıb. Nikolo Barella qapını dəqiq nişan alıb.

İlk hissə apenninlilərin 2-1 hesablı üstünlüyü ilə bitib. Fasilədən sonra da təşəbbüs İtaliya seçməsində olub. Nəticədə sərfəli hesabı qoruyan komanda qitə çempionatına qələbə ilə başlayıb.

Qeyd edək ki, İtaliya yığması iyunun 20-si keçiriləcək 2-ci turun oyununda İspaniya millisi ilə qarşılaşacaq. Albaniya kollektivi isə iyunun 19-da Xorvatiya futbolçuları ilə üz-üzə gələcək.

Kilian Mbappe və PSJ arasında gərginlik davam edir

Kilian Mbappe və PSJ arasında gərginlik davam edir

İdman
24 iyun 2024
AVRO-2024-də III turun növbəti oyunları keçiriləcək - XÜSUSİ BURAXILIŞ

AVRO-2024-də III turun növbəti oyunları keçiriləcək - XÜSUSİ BURAXILIŞ

İdman
24 iyun 2024
AVRO-2024-də III turun daha 2 görüşü keçiriləcək

AVRO-2024-də III turun daha 2 görüşü keçiriləcək

İdman
24 iyun 2024
AVRO-2024-də həyəcanlı anlar yaşanıb

AVRO-2024-də həyəcanlı anlar yaşanıb

İdman
24 iyun 2024
Avropa çempionatında III turun ilk oyunları keçirilib

Avropa çempionatında III turun ilk oyunları keçirilib

İdman
24 iyun 2024
Avropa çempionatında III tura start verilib

Avropa çempionatında III tura start verilib

İdman
24 iyun 2024
Bu gün AVRO-2024-də III tura start verilir

Bu gün AVRO-2024-də III tura start verilir

İdman
23 iyun 2024
AVRO-2024 | Belçika - Ruminiya oyununda 2 qol vuruldu

AVRO-2024 | Belçika - Ruminiya oyununda 2 qol vuruldu

İdman
23 iyun 2024
AVRO-2024: Türkiyə - Portuqaliya matçında 3 qol vurulub

AVRO-2024: Türkiyə - Portuqaliya matçında 3 qol vurulub

İdman
22 iyun 2024
AVRO-2024-də Gürcüstan millisi Çexiya ilə qarşılaşıb

AVRO-2024-də Gürcüstan millisi Çexiya ilə qarşılaşıb

İdman
22 iyun 2024
Seçilmişlər
icon