Pleyeri seçin:
Azərbaycan millisi 2024-cü ildə ilk qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununu keçirib.
Yığmamız “FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşündə Monqolustan seçməsi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyun millimizin 1:0 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmanın əsas vaxtında qapılar önündə qol vəziyyətləri yaransa da, hesab açılmayıb. Komandamız əsas hissəyə əlavə olunan ilk dəqiqədə Bəhlul Mustafazadənin qolu ilə qələbəyə sevinib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu martın 25-i eyni arenada Bolqarıstana qarşı keçirəcək.
Kopyalandı
#Azərbaycan teqi istifadə olunub
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
- Hasilatı artıracaq yeni avadanlıqlar təqdim edildi - Baku TV
- Rusiya Azərbaycan vasitəsilə İrana nələr yollayır? - Baku TV
- "İran rejimi həddini aşarsa..." | Cənubi azərbaycanlılar nə kimi addım ata bilər? - Baku TV
