İdman
Pleyeri seçin:

Jurnalistlər arasında Atıcılıq turniri keçirilib

19 mart 2024

Martın 18-i Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə media nümayəndələri arasında pnevmatik idman tapançasından 10 metr məsafəyə atəşaçma üzrə yarış keçirilib.

Bakı Atıcılıq Mərkəzində baş tutan və Novruz bayramına həsr olunmuş turnirin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova, eyni zamanda Olimpiya, dünya və Avropa çempionları da iştirak ediblər.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə hər kəsi Novruz bayramı münasibətilə təbrik edərək yarışın əhəmiyyətindən danışıb. O, bu cür turnirlərin hər il keçirilməli olduğunu vurğulayıb.

Daha sonra Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova yarış iştirakçılarına uğurlar arzulayıb.

Çıxışlardan sonra incəsənət nümayəndələrinin iştirakı ilə musiqi nömrələri təqdim olunub. Ardınca KİV nümayəndələri yarış haqda məlumatlandırılıb və turnirə start verilib.

Qeyd edək ki, 30-a yaxın media qurumundan 60-dan çox jurnalistin iştirak etdiyi yarışda ilk 3 yerin qaliblərinə pul mükafatı və diplomlar təqdim edilib. 4-5-ci yerləri tutanlar isə "Fəal iştirakçı" diplomu ilə təltif olunublar.

“Barselona” klubunda ciddi dəyişikliklər olacaq

“Barselona” klubunda ciddi dəyişikliklər olacaq

İdman
26 aprel 2024
Samir Abasov "Barselona" prezidenti Joan Laporta ilə görüşüb

Samir Abasov "Barselona" prezidenti Joan Laporta ilə görüşüb

İdman
26 aprel 2024
"Mançester Yunayted"də yeni dövr başlayır

"Mançester Yunayted"də yeni dövr başlayır

İdman
25 aprel 2024
Avropa çempionu olan azərbaycanlı kimdir?

Avropa çempionu olan azərbaycanlı kimdir?

İdman
25 aprel 2024
Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" matçı

Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" matçı

İdman
25 aprel 2024
Məşhur Fransa klubu bu futbolçunu heyətinə qatacaq

Məşhur Fransa klubu bu futbolçunu heyətinə qatacaq

İdman
24 aprel 2024
PSJ-dən "Barselona"nın futbolçusu üçün 200 milyonluq təklif

PSJ-dən "Barselona"nın futbolçusu üçün 200 milyonluq təklif

İdman
24 aprel 2024
Rəsmi: Turan Bayramov - Frank Çamizo görüşü ilə bağlı UWW-dən qərar

Rəsmi: Turan Bayramov - Frank Çamizo görüşü ilə bağlı UWW-dən qərar

İdman
24 aprel 2024
“Arsenal” - “Çelsi” matçı darmadağınla yekunlaşıb

“Arsenal” - “Çelsi” matçı darmadağınla yekunlaşıb

İdman
24 aprel 2024
"Qarabağ" klubu əsas heyət futbolçusunu itirə bilər

"Qarabağ" klubu əsas heyət futbolçusunu itirə bilər

İdman
23 aprel 2024
Seçilmişlər
icon