İdman
Pleyeri seçin:

Lionel Messi yenidən "Barselona"nın futbolçusu olmağa yaxındır

10 oktyabr 2023

Argentinalı superulduz Lionel Messi yenidən “Barselona”da çıxış etməyə yaxındır.

Belə ki, oyunçunun müqavilə ilə məxsus olduğu “İnter Mayami” MLS liqasının pley-offundan kənarda qaldığı üçün Leonun doğma klubuna müvəqqəti qayıdışı gündəmdədir.

Bildirilir ki, 36 yaşlı forvard da yenidən “Barsa”nın formasını geyinmək istəyir. Bununla belə keçidə kataloniyalıların maliyyə problemləri mane ola bilər. Bu səbəbdən Messinin başqa komandalara da icarəsi nəzərdə tutulur.

Hücumçunu heyətə qatmaq istəyən kollektivlər arasında Səudiyyə Ərəbistanı təmsilçiləri xüsusilə diqqət çəkir. Bu il ərzində Kriştiano Ronaldo, Sadio Mane, Kərim Benzema, Roberto Firmino və digər ulduzları transfer edən Səudiyyə Ərəbistanı klubları Leonun da dəvətində maraqlıdır.

Qeyd edək ki, MLS liqasının məşhur simaları daha əvvəl də yarışda yeni mövsüm başlayanadək Avropanın aparıcı komandalarında top qovublar. Belə ki, ayrı-ayrı vaxtlarda “Los Anceles Qelaksi”nin lideri Devid Bekhem və “Nyu-York Red Bullz”un üzvü Tyeri Anri müvafiq olaraq “Milan” və “Arsenal”da forma geyiniblər.

Minifutbol yığmamız beynəlxalq turnirin qalibi olub

Minifutbol yığmamız beynəlxalq turnirin qalibi olub

İdman
02 may 2024
Çempionlar Liqası: “Borussiya Dortmund” PSJ-ni qəbul edib

Çempionlar Liqası: “Borussiya Dortmund” PSJ-ni qəbul edib

İdman
02 may 2024
“Prezident Kuboku 2024” reqatasının açılış mərasimi keçirilib

“Prezident Kuboku 2024” reqatasının açılış mərasimi keçirilib

İdman
01 may 2024
“Mançester Siti”nin futbolçusu üçün 117 milyon avroluq təklif

“Mançester Siti”nin futbolçusu üçün 117 milyon avroluq təklif

İdman
01 may 2024
“Qarabağ” Acun Ilıcalının klubundan futbolçu alır

“Qarabağ” Acun Ilıcalının klubundan futbolçu alır

İdman
01 may 2024
Şahmat üzrə Avropa Çempionu Ülviyyə Fətəliyeva vətənə dönüb

Şahmat üzrə Avropa Çempionu Ülviyyə Fətəliyeva vətənə dönüb

İdman
01 may 2024
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşləri yekunlaşır

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşləri yekunlaşır

İdman
01 may 2024
Çempionlar Liqası: “Bavariya” - “Real” matçı

Çempionlar Liqası: “Bavariya” - “Real” matçı

İdman
01 may 2024
Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan reqatanın paradı olub

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan reqatanın paradı olub

İdman
30 aprel 2024
"Qarabağ" - "Neftçi" matçı ilə bağlı vacib qərar açıqlanıb

"Qarabağ" - "Neftçi" matçı ilə bağlı vacib qərar açıqlanıb

İdman
30 aprel 2024
Seçilmişlər
icon