Messi və Neymarı PSJ-dən qovurlar
PSJ azarkeşləri Lionel Messinin klubdan qovulmasını tələb edirlər. Buna səbəb 35 yaşlı hücumçunun son görüşlərdə zəif çıxışı ilə yanaşı, Səudiyyə Ərəbistanına icazəsiz getməsidir.
Belə ki, PSJ-nin heyətində son 8 matçda cəmi 3 qol vuran Leo “Loryan”a 1-3 hesablı məğlubiyyətdən sonra istirahət etmək üçün ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına yollanıb. Bu həm PSJ rəhbərliyinin, həm də fanatların qəzəbinə səbəb olub.
Rəhbərlik L.Messini 2 həftəlik məşqlərdən kənarlaşdırmaq qərarını verib. Azarkeşlər isə klubun ofisinin qarşısında toplaşaraq argentinalının göndərilməsini tələb ediblər.
Qeyd edək ki, “Pari Sen-Jermen” fanatları L.Messi ilə yanaşı, Neymarın da komandada qalmasını istəmirlər. Onlar tez-tez zədələnən braziliyalı forvardın PSJ-dən getməsi ilə bağlı şüarlar səsləndiriblər.