Pleyeri seçin:

“Neftçi” yeni idman direktoru Yens Anderssonun təqdimatını keçirib

26 oktyabr 2023 279 baxış

“Neftçi” klubunun yeni idman direktoru Yens Anderssonun təqdimat mərasimi keçirilib.

Bununla əlaqədar təşkil olunan tədbirdə klubun prezidenti Fərrux Mahmudov, eləcə də “ağ-qaralar”ın rumıniyalı baş məşqçisi Adrian Mutu iştirak edib.

“Ümid edirəm ki, təcrübəmiz hər iki tərəfə faydalı olacaq. Hələlik əsasən klubla tanış olurdum. "Neftçi"nin akademiyası ilə də məşğul olmalıyam. Amma bunun üçün vaxt tələb olunur. İlk növbədə Azərbaycan futbolunu tanımalıyam. Hələlik təcrübəm o qədər də çox deyil”, – Yens Andersson söyləyib.

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Yens Anderssonun təyinatına münasibət bildirib. 44 yaşlı mütəxəssis komandasının çıxışını da dəyərləndirib:

“Eyni məqsəd üçün birlikdə işləməli və əməkdaşlıq etməliyik. Yens Anderssonun uğur qazanacağına inanıram. Oyunumuza gəldikdə isə hazırda bizə yaxşı nəticələr lazımdır. Növbəti turda “Sabah”la qarşılaşacağıq. Yaxşı komandadır. Buna görə də matç ağır keçəcək. Bununla belə, sonadək mübarizə apararaq əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Yens Andersson sentyabr ayında “Neftçi”nin idman direktoru təyin olunub. Onun müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.

Xalq artisti Tünzalə Ağayeva DÇ-2026 ilə bağlı Baku TV-yə açıqlama verdi - Baku TV

Xalq artisti Tünzalə Ağayeva DÇ-2026 ilə bağlı Baku TV-yə açıqlama verdi - Baku TV

İdman
18 iyun 2026 279 baxış
Makqreqor Mahaçevlə döyüşə hazırdır | Yeni idman xəbərləri

Makqreqor Mahaçevlə döyüşə hazırdır | Yeni idman xəbərləri

İdman
18 iyun 2026 279 baxış
DÇ-2026-da yaşananlar | "Real Madrid"in yeni transferi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

DÇ-2026-da yaşananlar | "Real Madrid"in yeni transferi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

İdman
18 iyun 2026 279 baxış
Ronaldunun uğursuz startı: Portuqaliyanın xal itirməsinin əsas səbəbləri

Ronaldunun uğursuz startı: Portuqaliyanın xal itirməsinin əsas səbəbləri

İdman
18 iyun 2026 279 baxış
DÇ-2026-da nəhənglərin matçında nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV

DÇ-2026-da nəhənglərin matçında nələr yaşandı? - Yeni idman xəbərləri - Baku TV

İdman
17 iyun 2026 279 baxış
Azərbaycan F1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub | Yeni idman xəbərləri

Azərbaycan F1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub | Yeni idman xəbərləri

İdman
17 iyun 2026 279 baxış
Messidən möhtəşəm het-trik, gözlər indi də Ronaldunun üzərində

Messidən möhtəşəm het-trik, gözlər indi də Ronaldunun üzərində

İdman
17 iyun 2026 279 baxış
Sözügedən tədbirdə beynəlxalq mütəxəssislər təlim keçib | Yeni idman xəbərləri

Sözügedən tədbirdə beynəlxalq mütəxəssislər təlim keçib | Yeni idman xəbərləri

İdman
16 iyun 2026 279 baxış
“Turan Tovuz” Konfrans Liqasından kənarlaşdırıldı | Yeni idman xəbərləri - Baku TV

“Turan Tovuz” Konfrans Liqasından kənarlaşdırıldı | Yeni idman xəbərləri - Baku TV

İdman
16 iyun 2026 279 baxış
DÇ-2026-da Fransa, Portuqaliya və Argentinanın debütü: İlk sınaqdan kim üzüağ çıxacaq?

DÇ-2026-da Fransa, Portuqaliya və Argentinanın debütü: İlk sınaqdan kim üzüağ çıxacaq?

İdman
16 iyun 2026 279 baxış
Seçilmişlər
icon