Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib
Buğda yüklü qatar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınıb.
Prezident İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana göndərilib.
Noyabrın 4-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kiloqram olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola düşüb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
#Yük tranziti teqi istifadə olunub
