Pleyeri seçin:

"Şəfəq" GES-in enerji sisteminə inteqrasiyası üçün irihəcmli işlər həyata keçirilir - Baku TV

03 dekabr 2025 324 baxış

İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilir.

Belə ki, BP ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 kilometr məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.

Layihələrin əsas məqsədi dövlət-özəl tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır.

Stansiyada istehsal olunan elektrik enerjisinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” (VPTA) çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağına, oradan isə enerjisistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur.

Yeni tikilən “Cəbrayıl” yarımstansiyasında işlər yekunlaşıb və “Şəfəq” Günəş Elektrik Stansiyası tikilərək istismara verildikdən sonra istehsal olunan “yaşıl enerji”nin ötürülməsinə başlanılacaq.

SOCAR-ın nümayəndələri və gənc mühəndislər tədbirdə iştirak edib - Baku TV

SOCAR-ın nümayəndələri və gənc mühəndislər tədbirdə iştirak edib - Baku TV

İqtisadiyyat
07 may 2026 324 baxış
Fermerlərə nə qədər əkin subsidiyası verilib? - Nazir görülən işlərdən danışdı - Baku TV

Fermerlərə nə qədər əkin subsidiyası verilib? - Nazir görülən işlərdən danışdı - Baku TV

İqtisadiyyat
06 may 2026 324 baxış
“Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV

“Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV

İqtisadiyyat
06 may 2026 324 baxış
İnflyasiya faizləri açıqlandı | Hazırkı vəziyyət və gözləntilər necədir? - Baku TV

İnflyasiya faizləri açıqlandı | Hazırkı vəziyyət və gözləntilər necədir? - Baku TV

İqtisadiyyat
06 may 2026 324 baxış
Bir sıra bitkilər üzrə məhsul subsidiyası veriləcək

Bir sıra bitkilər üzrə məhsul subsidiyası veriləcək

İqtisadiyyat
06 may 2026 324 baxış
Strateji valyuta ehtiyatlarında artım

Strateji valyuta ehtiyatlarında artım

İqtisadiyyat
06 may 2026 324 baxış
Aİ-nin sanksiyalar qoyduğu bankla bağlı Mərkəzi Bankdan açıqlama - Baku TV

Aİ-nin sanksiyalar qoyduğu bankla bağlı Mərkəzi Bankdan açıqlama - Baku TV

İqtisadiyyat
06 may 2026 324 baxış
SOCAR-ın "EKOL Mühəndislik Xidmətləri" nin səhmlərindəki payı 100 faizə çatdı - Baku TV

SOCAR-ın "EKOL Mühəndislik Xidmətləri" nin səhmlərindəki payı 100 faizə çatdı - Baku TV

İqtisadiyyat
05 may 2026 324 baxış
Nağdsız əməliyyatların sayı niyə azalıb? | İqtisadçılar açıqladı - Baku TV

Nağdsız əməliyyatların sayı niyə azalıb? | İqtisadçılar açıqladı - Baku TV

İqtisadiyyat
05 may 2026 324 baxış
2025-ci ildə neçə min ton bitkiçilik məhsulu ixrac edilib? | AQTA sədri rəqəmləri açıqladı

2025-ci ildə neçə min ton bitkiçilik məhsulu ixrac edilib? | AQTA sədri rəqəmləri açıqladı

İqtisadiyyat
05 may 2026 324 baxış
Seçilmişlər
icon