Pleyeri seçin:

Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi

12 noyabr 2024 331 baxış

COP29 çərçivəsində Cəbrayıl rayonunda inşa ediləcək 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) təməlqoyma mərasimi keçirilib.

Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.

Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi” imzalanıb.

Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. "Şəfəq" GES-də illik təxminən 500 milyon kilovat/saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.

Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpa olunan enerjidən istifadə ediləcək və BP-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcək.

Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.

SOCAR-ın prezidenti İtaliyada bir sıra mühüm görüşlər keçirib - Baku TV

SOCAR-ın prezidenti İtaliyada bir sıra mühüm görüşlər keçirib - Baku TV

İqtisadiyyat
30 may 2026 331 baxış
Adolfo Urso Azərbaycan-İtaliya iqtisadi münasibətlərini yüksək qiymətləndirib - Baku TV

Adolfo Urso Azərbaycan-İtaliya iqtisadi münasibətlərini yüksək qiymətləndirib - Baku TV

İqtisadiyyat
30 may 2026 331 baxış
Kənd təsərrüfatı üzrə subsidiyalarla bağlı müzakirə yaradan məsələlər - Baku TV

Kənd təsərrüfatı üzrə subsidiyalarla bağlı müzakirə yaradan məsələlər - Baku TV

İqtisadiyyat
28 may 2026 331 baxış
Kənd təsərrüfatı istehsalında dinamika niyə qaneedici deyil? - Baku TV

Kənd təsərrüfatı istehsalında dinamika niyə qaneedici deyil? - Baku TV

İqtisadiyyat
27 may 2026 331 baxış
Mərasimdə SABAH.HUB nümayəndələri də çıxış edib - Baku TV

Mərasimdə SABAH.HUB nümayəndələri də çıxış edib - Baku TV

İqtisadiyyat
27 may 2026 331 baxış
SOCAR-ın Baş ofisində keçirilən tədbir Gənc İstedadlar Proqramı çərçivəsində təşkil olunub - Baku TV

SOCAR-ın Baş ofisində keçirilən tədbir Gənc İstedadlar Proqramı çərçivəsində təşkil olunub - Baku TV

İqtisadiyyat
27 may 2026 331 baxış
SOCAR Çin şirkəti ilə Abşeron yatağında əməkdaşlıq imkanlarını müzakirə edib - Baku TV

SOCAR Çin şirkəti ilə Abşeron yatağında əməkdaşlıq imkanlarını müzakirə edib - Baku TV

İqtisadiyyat
26 may 2026 331 baxış
Şirkətin əməkdaşları Geofizika və Geologiya İdarəsinə səfər ediblər - Baku TV

Şirkətin əməkdaşları Geofizika və Geologiya İdarəsinə səfər ediblər - Baku TV

İqtisadiyyat
26 may 2026 331 baxış
“SOCAR Bakı Enerji Həftəsində baş tərəfdaş kimi iştirak edir” | Emin Sevdimalıyev - Baku TV

“SOCAR Bakı Enerji Həftəsində baş tərəfdaş kimi iştirak edir” | Emin Sevdimalıyev - Baku TV

İqtisadiyyat
25 may 2026 331 baxış
İlham Əliyev regional inkişaf proqramlarının əhəmiyyətindən danışıb - Baku TV

İlham Əliyev regional inkişaf proqramlarının əhəmiyyətindən danışıb - Baku TV

İqtisadiyyat
25 may 2026 331 baxış
Seçilmişlər
icon