Pleyeri seçin:

Dövlət Vergi Xidmətindən sahibkarlarla bağlı açıqlama

06 yanvar 2024 371 baxış

Bu ildən biznes subyektləri nümayəndəlik, mənzil və yemək xərclərini norma daxilində gəlirlərindən çıxa biləcəklər.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilir ki, mövcud qanunvericiliyə görə, biznes subyektləri tərəfindən işçilərin mənzil, yemək və digər sosial xarakterli, eləcə də nümayəndəlik xərclərinin çəkilməsi gəlirdən çıxılan xərclərə aid edilmir və müasir biznesin ayrılmaz elementləri olan bu məsrəflər biznesin xalis mənfəəti hesabına maliyyələşdirilir.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə işəgötürənin işçilərlə bağlı çəkdiyi mənzil və yemək xərclərinin, habelə nümayəndəlik xərclərinin norma daxilində gəlirdən çıxılması müəyyən edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin “Nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası”nı müəyyən edən qərar layihəsi də hazırlanıb.

Dəyişiklik biznes subyektlərinin bu növ xərclərinin rəsmiləşdirilməsi ilə qarşı tərəflərin (mənzil kirayəyə verən şəxslərin, ictimai-iaşə müəssisələrinin və s.) dövriyyələrinin “ağarmasına”, həmçinin formalaşmış biznes təcrübəsini milli qanunvericiliyə gətirməklə əlverişli mühitin yaradılmasına töhfə verəcək.

SOCAR-ın Müşahidə Şurası audit hesabatlarının nəticələrini iclasda geniş müzakirə edib - Baku TV

SOCAR-ın Müşahidə Şurası audit hesabatlarının nəticələrini iclasda geniş müzakirə edib - Baku TV

İqtisadiyyat
26 iyul 2026 371 baxış
SOCAR-ın xaricdə ilk uğurlu kəşfiyyat layihəsi - Baku TV

SOCAR-ın xaricdə ilk uğurlu kəşfiyyat layihəsi - Baku TV

İqtisadiyyat
25 iyul 2026 371 baxış
Azərbaycanın Türkiyənin qaz bazarındakı mövqeyi yeni statistikada açıqlanıb - Baku TV

Azərbaycanın Türkiyənin qaz bazarındakı mövqeyi yeni statistikada açıqlanıb - Baku TV

İqtisadiyyat
24 iyul 2026 371 baxış
Ölkədə külək enerjisi istehsalında gözlənilməz dərəcədə böyük artım qeydə alınıb - Baku TV

Ölkədə külək enerjisi istehsalında gözlənilməz dərəcədə böyük artım qeydə alınıb - Baku TV

İqtisadiyyat
24 iyul 2026 371 baxış
"PowerChina Resources" ilə "yaşıl enerji" əməkdaşlığı müzakirə edilib - Baku TV

"PowerChina Resources" ilə "yaşıl enerji" əməkdaşlığı müzakirə edilib - Baku TV

İqtisadiyyat
24 iyul 2026 371 baxış
İran Azərbaycandan elektrik enerjisi idxalını artırdı - Baku TV

İran Azərbaycandan elektrik enerjisi idxalını artırdı - Baku TV

İqtisadiyyat
24 iyul 2026 371 baxış
ARDNF Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft yatağı bloku ilə bağlı açıqlama yaydı - Baku TV

ARDNF Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft yatağı bloku ilə bağlı açıqlama yaydı - Baku TV

İqtisadiyyat
23 iyul 2026 371 baxış
Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atdı - Baku TV

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atdı - Baku TV

İqtisadiyyat
23 iyul 2026 371 baxış
“GL Group” ABŞ-də dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu - Baku TV

“GL Group” ABŞ-də dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu - Baku TV

İqtisadiyyat
23 iyul 2026 371 baxış
Hasilatın neçə tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşüb? - Baku TV

Hasilatın neçə tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşüb? - Baku TV

İqtisadiyyat
23 iyul 2026 371 baxış
Seçilmişlər
icon