Pleyeri seçin:

Əcnəbi sahibkarların daimi yaşama icazəsi üçün şərtlər

25 yanvar 2024 287 baxış

Əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyən edilib.

İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarına əsasən, xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının azı 51 faizinə sahib olan təsisçinin ölkə ərazisində müvəqqəti yaşama icazəsi əldə etməsi üçün nizamnamə kapitalı 50 min manat müəyyən edilib.

Bu əsasla azı 1 il ölkə ərazisində müvəqqəti yaşamış şəxsin yenidən müvəqqəti icazə alması üçün hüquqi şəxsin son 1 ildə dövriyyəsi 100 min manat olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün isə nizamnamə kapitalı 100 min manat, son 1 ildə dövriyyənin həcmi isə 200 min manat təsbit edilib.

Bundan əlavə, ölkədə azı 1 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsası ilə müvəqqəti yaşamış əcnəbilərə müddətin uzadılması üçün həmin şəxsin son 1 ildə dövriyyəsi 50 min manat olmalıdır. Eyni əsasla daimi yaşama icazəsi üçün isə son 1 ildə dövriyyə 100 min manat məbləğində müəyyənləşdirilib.

Bu tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə aid deyil.

SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV

SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV

İqtisadiyyat
24 iyun 2026 287 baxış
Azərbaycanın qlobal İslam maliyyəsi bazarına inteqrasiyasında sukukun rolu - Baku TV

Azərbaycanın qlobal İslam maliyyəsi bazarına inteqrasiyasında sukukun rolu - Baku TV

İqtisadiyyat
24 iyun 2026 287 baxış
Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV

Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV

İqtisadiyyat
24 iyun 2026 287 baxış
Bakıda 300-dən çox biznes lideri bir araya gəldi - Baku TV

Bakıda 300-dən çox biznes lideri bir araya gəldi - Baku TV

İqtisadiyyat
24 iyun 2026 287 baxış
Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV

Azərbaycanda halal iqtisadiyyatın perspektivləri | Hansı sahələrdə imkanlar mövcuddur? - Baku TV

İqtisadiyyat
23 iyun 2026 287 baxış
Azərbaycanda karbamid istehsalı azalıb | Dövlət Statistika Komitəsinin son hesabatı - Baku TV

Azərbaycanda karbamid istehsalı azalıb | Dövlət Statistika Komitəsinin son hesabatı - Baku TV

İqtisadiyyat
22 iyun 2026 287 baxış
İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İİB qrupunun 51-ci illik toplantıları başa çatıb - Baku TV

İqtisadiyyat
20 iyun 2026 287 baxış
"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

"SOCAR Green" "yol xəritəsi" hazırlayıb - Baku TV

İqtisadiyyat
19 iyun 2026 287 baxış
"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

"Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV

İqtisadiyyat
18 iyun 2026 287 baxış
Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Səfər çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

İqtisadiyyat
18 iyun 2026 287 baxış
Seçilmişlər
icon