Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü və təşkilatçılığı ilə “Ağıllı şəhərsalma və sənaye həlləri” mövzusunda innovasiya müsabiqəsinə start verilir.
Bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, müsabiqənin məqsədi smart urbanizasiya, “ağıllı şəhər” sistemləri, dayanıqlı urban inkişaf və texnologiya əsaslı innovativ ideyaların formalaşdırılmasına və inkişafına şərait yaratmaqdır.
Bu təşəbbüslə SOCAR enerji və sənaye infrastrukturu sahəsindəki rolunu, eləcə də ekoloji məsuliyyət, dayanıqlı inkişaf və texnologiya əsaslı idarəetmə yanaşmalarının artan əhəmiyyətini nəzərə alaraq bu müsabiqə vasitəsilə şəhər mühitində mövcud çağırışlara uyğun olaraq innovativ həllərin hazırlanmasını təşviq edir.
Enerji, ekologiya, su, infrastruktur və şəhər sistemləri ilə bağlı mövzuları əhatə edən müsabiqə iştirakçılara real urban və sənaye-şəhər çağırışlarına sistemli yanaşmaq, texnologiya əsaslı həll konseptləri hazırlamaq və bu ideyaları mentor dəstəyi ilə inkişaf etdirmək imkanı yaradacaq.
Seçilmiş komandalar 6 həftəlik strukturlaşdırılmış proqramda iştirak edəcəklər. Proqram müddətində iştirakçılar mentorlarla işləyəcək, problemin mahiyyətini təhlil edəcək, həll konseptini formalaşdıracaq, həmçinin texniki, əməliyyat və təşkilati tətbiq imkanlarını qiymətləndirəcək və final təqdimat üçün layihə istiqamətini hazırlayacaqlar.
#SOCAR teqi istifadə olunub
- Ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanışlıq olub - Baku TV
- SOCAR Dübəndidə neft çirklənməsinin səbəbini açıqladı - Baku TV
- "Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV
- Özəl Sektor Forumu keçirilib | Azərbaycanla yeni əməkdaşlıq sənədləri imzalanıb - Baku TV
- SOCAR-ın vitse-prezidenti Azərbaycanın aşağı karbonlu enerji perspektivlərini açıqlayıb - Baku TV
