Pleyeri seçin:

Əmək pensiyalarında artım olacaq? | 2027-ci ildə hansı dəyişiklik olacaq? - Baku TV

04 oktyabr 2026 238 baxış

2026-cı ilin sonuna yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də 2027-ci ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə müxtəlif rəqəmlər səsləndirilir.

Qeyd edək ki, pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsi hesabına həyata keçirilir.

Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə ortaaylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Yəni əvvəlki il ərzində ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da həmin göstəriciyə uyğun artırılır. İndeksləşdirmə ölkə başçısının bu barədə müvafiq sərəncamına əsasən həyata keçirilir.

Bəs 2027-ci ildə əmək pensiyaları nə qədər artırıla bilər?

İqtisadçı Xalid Kərimli bildirib ki, 2026-cı ilin ilk yarısının göstəricilərinə əsasən, ölkədə muzdla işləyən şəxslərin əməkhaqqı gəlirləri 7,2 faiz artıb:

“Əgər ilin sonuna qədər bu göstərici stabil qalsa, hətta arta da bilər, təbii ki, əmək bazarındakı vəziyyətə uyğun olaraq azala da bilər. Amma təqribən bu intervalda olacaq. Dəqiq göstəricini biz fevralın ilk 10 günlüyündə biləcəyik. Adətən bu statistika bir ay gecikmə ilə dərc edilir. Yəni dəqiq rəqəmi 2027-ci ilin fevralında biləcəyik. Amma təxmin edə bilərik ki, növbəti ildən pensiyaların təqribən 7 faiz ətrafında indeksasiya olunması mümkündür”.

Banner
"Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV

"Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV

İqtisadiyyat
08 oktyabr 2026 238 baxış
"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV

"Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 238 baxış
Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 238 baxış
Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

Azərbaycan-Birləşmiş Krallıq münasibətlərində yeni istiqamətlər müəyyənləşir - Baku TV

İqtisadiyyat
07 oktyabr 2026 238 baxış
SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

SOCAR iri neft emalı layihəsinin ilkin qiymətləndirilməsinə başlayır - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 238 baxış
Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

Gəlir vergisi yığımında 29 faizlik artım gözləntisi | İqtisadçılardan ətraflı şərh - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 238 baxış
100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV

100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV

İqtisadiyyat
06 oktyabr 2026 238 baxış
Pirallahı Sənaye Parkında yeni investisiya layihəsi reallaşdırıldı - Baku TV

Pirallahı Sənaye Parkında yeni investisiya layihəsi reallaşdırıldı - Baku TV

İqtisadiyyat
05 oktyabr 2026 238 baxış
Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - Baku TV

Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - Baku TV

İqtisadiyyat
05 oktyabr 2026 238 baxış
Pul köçürmələri ilə bağlı dəyişiklik | Yeni qayda nə vaxtdan qüvvəyə minəcək? - Baku TV

Pul köçürmələri ilə bağlı dəyişiklik | Yeni qayda nə vaxtdan qüvvəyə minəcək? - Baku TV

İqtisadiyyat
03 oktyabr 2026 238 baxış
Seçilmişlər
icon