Həmyerlimiz Vahid Ələkbərov sərvətini artırıb
Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti ilin əvvəlindən 32,01 milyard dollar artıb.
Bu “Bloomberg Billionaires Index”in məlumatlarından aydın olunub.
Qeyd olunub ki, Azərbaycan əsilli milyarder, “Lukoyl”un həmsahibi Vahid Ələkbərov növbəti dəfə ən çox kapital əldə edən iş adamı olub. Belə ki, həmyerlimizin kapitalı 7,25 milyard dollar artaraq 22,6 milyard dollara çatıb. Bununla belə, V.Ələkbərov Rusiyanın ən varlı iş adamları siyahısında dördüncü pillədə qərarlaşıb.
Siyahıda ilk pillədə “Norilsk Nikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potaninin adı gəlir. O, ilin əvvəlindən sərvətini 1,13 milyard dollar artıraraq 29,7 milyard dollara çatdıraraq Rusiyanın ən varlı biznesmeni olaraq qalır.
İkinci yerdə sərvəti 3,49 milyard dollar artaraq 28,1 milyard dollara çatan Leonid Mixelson gəlir.
Üçüncü pillədə ilin əvvəlindən sərvətini 4,36 milyard dollar artıraraq 24,2 milyard dollara çatdıran NLMK-nın benefisiarı Vladimir Lisin, dördüncü yerdə 22,6 milyard dollarla V.Ələkbərov, beşinci yerdə “Severstal”ın əsas benefisiarı, ilin əvvəlindən sərvəti 410 milyon dollar artaraq 19,1 milyard dollara çatan Aleksey Mordaşov qərarlaşıb.
#Rusiya teqi istifadə olunub
- Rusiyada taun həyəcanı: Bioloji silah iddiasına Trampdan cavab - Baku TV
- Rusiyada taun şübhəsi: Trampın cavabında diqqətçəkən məqam - Baku TV CANLI
- Ermənistanla Rusiya arasında 102-ci hərbi baza ətrafında mübahisə yenidən gündəmdə - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI
