Pleyeri seçin:

Naxçıvan Muxtar Respublikası ölkə enerji sisteminə qoşulur | Strateji önəm daşıyan layihə - Baku TV

29 yanvar 2026 451 baxış

Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb.

Ölkə başçısının tapşırığına əsasən, “AzərEnerji” tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 kilometr, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhədinədək 105 kilometr uzunluğunda, ikidövrəli və 1000 meqavat yük ötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti inşa olunur.

Araz çayı boyunca, bir sıra ərazilərdə isə dağlıq və qayalıq massivlərin yarılmasından keçən xətt “AzərEnerji” tərəfindən son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkilir.

Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 kilometrlik məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Eyni zamanda Naxçıvan şəhərində yeni 330 kilovoltluq yarımstansiya tikiləcək. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə start verilib.

Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. Belə ki, 230 kilometr məsafədə Naxçıvandan Türkiyəyə 400 kilovoltluq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kilovolt gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerji sisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, həmçinin Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.

Yeni şəhərin yaradılması hansı iqtisadi imkanları aça bilər? - Baku TV

Yeni şəhərin yaradılması hansı iqtisadi imkanları aça bilər? - Baku TV

İqtisadiyyat
24 avqust 2026 451 baxış
Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV

Kərə yağının istehsalı və idxalında azalma müşahidə olunub - Baku TV

İqtisadiyyat
23 avqust 2026 451 baxış
Seçilən iştirakçılar layihələrini real mühitdə sınaqdan keçirə biləcəklər - Baku TV

Seçilən iştirakçılar layihələrini real mühitdə sınaqdan keçirə biləcəklər - Baku TV

İqtisadiyyat
22 avqust 2026 451 baxış
SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV

SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV

İqtisadiyyat
22 avqust 2026 451 baxış
Azərbaycan turizmində nə dəyişəcək? | Dövlət proqramı bu sahəyə nələri qazandıracaq? - Baku TV

Azərbaycan turizmində nə dəyişəcək? | Dövlət proqramı bu sahəyə nələri qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 avqust 2026 451 baxış
330 kilovotluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır - Baku TV

330 kilovotluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır - Baku TV

İqtisadiyyat
22 avqust 2026 451 baxış
SOCAR tərəfindən 1 milyard 750 milyon manat vergi ödənilməsi proqnozlaşdırılıb - Baku TV

SOCAR tərəfindən 1 milyard 750 milyon manat vergi ödənilməsi proqnozlaşdırılıb - Baku TV

İqtisadiyyat
21 avqust 2026 451 baxış
Azərbaycanda benzin istehsalı ilə bağlı detallar açıqlandı - Baku TV

Azərbaycanda benzin istehsalı ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
21 avqust 2026 451 baxış
Azərbaycanın ixracında artım hansı məhsulların hesabına olub? - Baku TV

Azərbaycanın ixracında artım hansı məhsulların hesabına olub? - Baku TV

İqtisadiyyat
20 avqust 2026 451 baxış
BTC ilə bağlı yeni hesabat | Kəmərin səhmdarlarından biri də SOCAR-dır - Baku TV

BTC ilə bağlı yeni hesabat | Kəmərin səhmdarlarından biri də SOCAR-dır - Baku TV

İqtisadiyyat
20 avqust 2026 451 baxış
Seçilmişlər
icon