SOCAR-dan daha bir sosial layihəyə dəstək | Ukraynaya neçə milyon dollar sərmayə ayrıldı? - Baku TV
SOCAR Ukraynada daha bir sosial layihəyə dəstək verib.
Belə ki, “SOCAR Ukraine” Ukrayna ampfutbol çempionatının maliyyə tərəfdaşı kimi çıxış edir. Çempionatın açılış mərasimində çıxış edənlər müharibə dönəmində SOCAR-ın Ukraynada bu cür layihələrə dəstək verməsinin əhəmiyyətindən danışılıb.
Qeyd edilib ki, Azərbaycan dövləti müharibə başlayandan bəri Ukraynaya humanitar və sosial yardımlarını davam etdirir. SOCAR-ın Ukrayna ampfutbol çempionatının maliyyə tərəfdaşı kimi çıxış etməsi bu siyasətin tərkib hissəsidir.
Daha sonra "Güclülər Liqası" sosial layihəsi çərçivəsində ikinci Ukrayna ampfutbol çempionatının birinci turu başlayıb. Yarışda ölkə daxilində 18 komanda iştirak edir. Super Liqa və Birinci Liqa 8 şəhərdə keçiriləcək. Mövsüm ərzində ümumi oyunların sayı 150-ni keçəcək.
Xatırladaq ki, SOCAR müharibə dönəmində Ukraynada sosial və mədəni layihələrin inkişafına 7 milyon dollara yaxın sərmayə qoyub. “SOCAR Energy Ukraine” il ərzində yeni sosial layihələri maliyyələşdirməyi planlaşdırır.
