İqtisadiyyat
Pleyeri seçin:
SOCAR-ın prezidenti Rövşən Nəcəf plenar iclasda iştirak edəcək
2024-cü il mayın 14-dən 16-dək Daşkənddə illik 26-cı beynəlxalq neft və qaz sərgisi, eləcə də Özbəkistanın Enerji Həftəsi keçiriləcək.
Tədbirin “Enerji Siyasətinin Uyğunlaşdırılması” adlı plenar iclasında SOCAR prezidenti Rövşən Nəcəf iştirak edəcək. Sərgidə SOCAR-ın stendi də nümayiş olunacaq.
Ümumilikdə isə tədbirdə Azərbaycan, ABŞ, Türkiyə, Fransa da daxil olmaqla 29 ölkədən 400-dən çox şirkətin nümayəndəsi olacaq.
Kopyalandı
Seçilmişlər