Baku TV – 8 illik inkişaf və peşəkar media ənənəsi
Global Media Group-un üzvü olan Baku TV 8 illik fəaliyyətini qeyd edir. 2018-ci ildən etibarən operativ xəbərçilik, obyektiv yanaşma və məsuliyyətli jurnalistika prinsiplərini əsas götürən kanal qısa müddətdə ölkənin aparıcı media platformalarından birinə çevrilib.
Səkkiz il ərzində Baku TV informasiya məkanında etibarlı və dinamik xəbər mənbəyi kimi mövqeyini formalaşdırıb. Kanal gündəlik xəbər axını ilə yanaşı, analitik proqramlar, xüsusi reportajlar və sənədli layihələrlə ictimai əhəmiyyətli mövzuların peşəkar şəkildə işıqlandırılmasını təmin edir.
Baku TV fəaliyyətini beynəlxalq idarəetmə standartlarına uyğun şəkildə qurur və ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemi və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə tələblərə uyğun olaraq idarə olunur.
Kanal beynəlxalq media əməkdaşlıqlarının genişləndirilməsinə xüsusi önəm verir. Müxtəlif ölkələrin aparıcı media qurumları ilə qurulan tərəfdaşlıqlar informasiya mübadiləsinin genişlənməsinə və ortaq layihələrin həyata keçirilməsinə imkan yaradır.
Media sahəsində göstərilən xidmətlərə görə Baku TV-nin bir sıra əməkdaşları dövlət təltiflərinə layiq görülüb. Yaradıcı istehsalat istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Baku TV-nin istehsalı olan sənədli layihələr beynəlxalq və yerli kino platformalarında mükafatlara layiq görülüb.
Sosial məsuliyyət və dayanıqlı inkişaf Baku TV-nin fəaliyyət strategiyasında xüsusi yer tutur. Kanal müxtəlif sosial və ekoloji təşəbbüslərlə ictimai layihələrdə fəal iştirak edir.
Rəqəmsal platformalar üzrə göstəricilər, o cümlədən YouTube kanalında ümumi baxış sayının 1 milyardı ötərək abunəçi sayının 2.500.000-dən artıq olması Baku TV-nin geniş auditoriya əhatəsi və sabit inkişaf dinamikası ilə xarakterizə olunur.
Baku TV rəqəmsal platformalarla yanaşı, kabel və peyk yayımı vasitəsilə də geniş auditoriya üçün əlçatandır. Kanal müxtəlif kabel şəbəkələri və peyk platformaları üzərindən yayımlanaraq Avropa və Asiya ərazisində fasiləsiz informasiya axınını təmin edir.
Səkkiz illik inkişaf yolu ərzində formalaşmış güclü komanda və beynəlxalq standartlara əsaslanan idarəetmə modeli Baku TV-nin fəaliyyət strategiyasının əsasını təşkil edir.
#Baku TV teqi istifadə olunub
- "Sizi Allah yetirib, sağ olun ki..." | Tamaşaçılardan "Baku TV"yə səmimi təbrik - Baku TV
- "Maraqlı kanaldır, uşaqlar deyir ki..." - Ramiz Rövşən "Baku TV"ni bu sözlərlə təbrik etdi - Baku TV
- Firəngiz Mütəllimova “Baku TV”ni bu sözlərlə təbrik etdi
- Baba Vəziroğlu “Baku TV”ni 8 yaşı münasibətilə təbrik etdi
- "Bütün xəbərləri Baku TV-dən oxuyuram" | Tanınmış aktyordan təbrik
