Pleyeri seçin:

"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzaladı - Baku TV

28 aprel 2026 506 baxış

Aprelin 27-də Pekin şəhərində “Global Media Group”a daxil olan “Baku TV” telekanalı və “Report” İnformasiya Agentliyi ilə Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi CCTV+ agentliyinin baş icraçı direktoru xanım Li Xia, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və “Baku TV”nin direktoru Ramin Cəfərov imzalayıblar.

Mərasimdə çıxış edən CCTV+ Videoxəbər Agentliyinin sədri və baş redaktoru Qao Vey bildirib ki, bu tərəfdaşlıq iki ölkə arasında media körpüsü rolunu oynayacaq:

“Müasir media qurumları olan “Baku TV” və “Report” ilə informasiya və təcrübə mübadiləsi hər iki tərəfin xəbər gündəmini zənginləşdirəcək, mühüm tədbirlərin işıqlandırılmasında operativ dəstək təmin edəcək”.

Tədbirdə çıxış edən “Baku TV”nin direktoru Ramin Cəfərov “Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayevin adından xüsusi olaraq vurğulayıb ki, “Global Media Group”a daxil olan media qurumları ilə Çinin aparıcı media agentliyi arasında imzalanan memorandumun əsas məqsədi tərəfdaşlıq münasibətlərinin qurulması, tərəflər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin operativ məlumat mübadiləsi və qarşılıqlı dəstəyin təmin olunmasıdır.

Ramin Cəfərov memorandumun perspektivlərindən bəhs edərkən qeyd edib ki, əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə videoməzmun mübadiləsinin aparılması televiziya məhsullarımızın Asiya regionunda daha geniş yayılmasına və beynəlxalq mövqeyimizin möhkəmlənməsinə xidmət edəcək.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev öz növbəsində qlobal informasiya mübadiləsinin önəmini vurğulayıb:

“Çinin aparıcı media qurumu ilə operativ məlumat, foto və videomaterialların paylaşılması oxucularımıza hadisələri daha dolğun mənbədən izləmək imkanı verəcək. Bu addım xarici tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində növbəti uğurdur”.

Qeyd edək ki, Çin Mərkəzi Televiziyası CCTV-nin tərkibinə daxil olan CCTV+ qlobal media təşkilatlarına xəbər və videoməzmun təqdim edən aparıcı Çin videoxəbər agentliyidir. Qurumun müştəriləri sırasında 130-dan çox ölkə və regionda fəaliyyət göstərən 1800-dən artıq televiziya kanalı və 1000-dən çox rəqəmsal media platforması var.

Bu memorandum “Global Media Group”un beynəlxalq əməkdaşlığının genişləndirilməsi strategiyasının davamıdır. Qrupun media resursları tərəfindən 2025-ci ildə Özbəkistan və Qazaxıstanın media qurumları ilə də analoji əməkdaşlıq sənədləri imzalanıb.

Məlumat üçün bildirək ki, “Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (“Facebook”, “Instagram”, “LinkedIn”, “YouTube”) müraciət edə bilərsiniz.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 506 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 506 baxış
Seçilmişlər
icon