Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycanın aparıcı media qurumlarından olan "Baku TV" ilə Özbəkistanın nüfuzlu "Özbəkistan 24" telekanalı arasında mühüm əməkdaşlıq sənədi imzalanıb.
17 oktyabr 2025-ci il tarixində Daşkənd şəhərində baş tutan mərasimdə tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi "Baku TV"-nin direktoru Ramin Cəfərov və "Özbəkistan 24" kanalının rəhbəri Məmədəmin Səfərov imzalayıblar.
Tədbirdə "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak ediblər.
Bu memorandumun məqsədi iki qardaş ölkə arasında media sahəsində əlaqələri genişləndirmək, peşəkar təcrübə mübadiləsi aparmaq, birgə layihələr həyata keçirmək və informasiya dəstəyini gücləndirməkdir.
Kopyalandı
#Baku TV teqi istifadə olunub
- Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib
- AYNA-nın cavabdeh olduğu problemlə bağlı ittihamlara "Baku TV"dən reaksiya - Baku TV
- Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ilin yekunlarına həsr olunan hesabat toplantısı - Baku TV
- “Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub
- "Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib
