Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu
Azərbaycanın aparıcı telekanallarından biri olan Baku TV-də mühüm kadr təyinatı həyata keçirilib.
Tanınmış telejurnalist Turan İbrahimov kanala Baş redaktor vəzifəsinə təyin olunub.
20 illik jurnalist təcrübəsinə malik olan Turan İbrahimov indiyədək ölkənin bir sıra telekanallarında müxtəlif vəzifələrdə çalışıb. Televiziya fəaliyyəti ərzində tamaşaçı rəğbəti qazanan peşəkar jurnalist bir neçə müəllif proqramı ilə geniş izləyici auditoriyasına xitab edib.
Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Turan İbrahimov yeni təyinatadək Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri olaraq fəaliyyət göstərirdi.
Kopyalandı
#Turan İbrahimov teqi istifadə olunub
- Moskva Bakıya möhtacdır | Putin bunu belə dedi - ÖZƏL ANALİTİKA
- Vaşinqton görüşündən sonra yuxusu ərşə çəkilənlər | Cənubi Qafqazın gündəliyi dəyişdi
- Naxçıvana gedən yol niyə "Zəngəzur dəhlizi" adlandırılmadı? - ÖZƏL ANALİTİKA
- Media nümayəndələri mükafatlandırıldı | İlham Əliyev sərəncam imzaladı
- "Dindən danışanda deyirlər ki, camaat kosmosa uçur..." | Allahın mesajı düzgün çatdırılmır? - AMİN