Pleyeri seçin:

AB-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə hazırlanır | Qara dənizin dibindən nə keçəcək?

04 noyabr 2024 742 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, paytaxtda keçiriləcək COP29-a sayılı günlər qalıb. Azərbaycan həm etibarlı tərəfdaş kimi, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi diqqət mərkəzindədir. Analiz edilən xəbərlərdən ölkəmizə olan marağın daha da artdığını müşahidə edirik.

Rusiyanın “Moskva-Bakı” nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycan, Rumıniya və Macarıstan Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik verilişi xəttinin çəkilməsi üzrə meqa-Avropa layihəsinin icrası üzərində işləyirlər.

“Moskva-Bakı” Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransında deyib.

“Azərbaycan, Rumıniya, Macarıstan bu istiqamətdə işləyir və bizim birgə müəssisəmiz var. Bu, Avropa İttifaqında ən uğurlu layihələrdən biri olacaq”, – deyə V.Orban qeyd edib.

Məqalədə o da vurğulanır ki, Gürcüstanın, Azərbaycanın, Macarıstanın və Rumıniyanın enerji operatorları yüksək gərginlikli elektrik şəbəkəsinin çəkilməsi layihəsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında Saziş imzalayıblar.

Pakistanın “The Express Tribune” nəşri oxucuların diqqətinə çatdırıb ki, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Mənbə oktyabrın 28-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərə diqqət çəkib.

Qeyd olunub ki, Pakistan və Azərbaycan 1992-ci ildən ticarət, müdafiə və enerji sahələrində əməkdaşlıq tarixinə malik səmimi diplomatik münasibətləri davam etdirir.

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Siyasət
16 iyun 2026 742 baxış
ABŞ-İran memorandumundan sonra Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-İran memorandumundan sonra Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Siyasət
16 iyun 2026 742 baxış
Azərbaycanda Məhərrəm ayı başlayıb | Tramp sazişin imzalanmasından danışdı - YENİ BİR SƏHƏR

Azərbaycanda Məhərrəm ayı başlayıb | Tramp sazişin imzalanmasından danışdı - YENİ BİR SƏHƏR

Siyasət
16 iyun 2026 742 baxış
Azərbaycan üzərindən Ermənistana 500 tona yaxın buğda daşındı - Baku TV

Azərbaycan üzərindən Ermənistana 500 tona yaxın buğda daşındı - Baku TV

Siyasət
15 iyun 2026 742 baxış
Rusiyanın qaz bazarı daralır? - Azərbaycan və İran hansı məsələdə razılaşdı? - BİZDƏN NƏ DANIŞIRLAR?

Rusiyanın qaz bazarı daralır? - Azərbaycan və İran hansı məsələdə razılaşdı? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
15 iyun 2026 742 baxış
Prezidentdən Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət - Baku TV

Prezidentdən Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət - Baku TV

Siyasət
15 iyun 2026 742 baxış
Hikmət Hacıyevin Ermənistana səfəri "Haber Global"ın gündəmində | Nələr müzakirə edildi? - Baku TV

Hikmət Hacıyevin Ermənistana səfəri "Haber Global"ın gündəmində | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
15 iyun 2026 742 baxış
İlham Əliyevin Trampa məktubunda nələr qeyd olunub? - "Haber Global"dan süjet - Baku TV

İlham Əliyevin Trampa məktubunda nələr qeyd olunub? - "Haber Global"dan süjet - Baku TV

Siyasət
15 iyun 2026 742 baxış
5 il öncə imzalanan Şuşa Bəyannaməsi niyə önəmlidir? - "Haber Global"dan süjet - Baku TV

5 il öncə imzalanan Şuşa Bəyannaməsi niyə önəmlidir? - "Haber Global"dan süjet - Baku TV

Siyasət
15 iyun 2026 742 baxış
"Haber Global" Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı süjet yayımladı - Baku TV

"Haber Global" Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı süjet yayımladı - Baku TV

Siyasət
15 iyun 2026 742 baxış
Seçilmişlər
icon