Ramiz Mehdiyev, Əli Kərimli və digərlərinin qətimkan tədbirləri uzadıldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib.
Səbail Rayon Məhkəməsində onlar barəsində istintaq orqanı tərəfindən daxil olan təqdimatlara baxılıb.
Məhkəmə Əli Kərimli barəsində seçilən həbs qətimkan tədbirinin 5 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Onunla birgə həbs olunan Məmməd İbrahimin də həbs müddəti 5 ay uzadılıb.
Həmçinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində başlanan cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb. Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddətini 5 ay uzadıb.
Eyni zamanda məhkəmə tərəfindən AMEA Katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılması barədə qərar verilib.
#Ramiz Mehdiyev teqi istifadə olunub
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəməsində kənar şəxslərin iştirakına icazə verilmədi - Baku TV
- Mehdiyevin işi üzrə növbəti iclasda hansı ifadələr səslənəcək?
- Ramiz Mehdiyevin işi üzrə növbəti məhkəmədə kimlər danışacaq? - Baku TV CANLI
