ABŞ İranı belə ələ almağa çalışır? | Metyu Orrdan sensasiya yaradacaq şərh
Yeniliklərdən dərhal xəbərdar olun
“Amerikanın yeni administrasiyası əvvəlki administrasiyanın etdiklərinə şübhə ilə yanaşır. Ona görə də Tramp komandası bu yaxınlarda Ermənistan və ABŞ arasında imzalanmış sənəddən Amerikanın özü üçün geosiyasi faydaları yenidən nəzərdən keçirəcək”.
Bunu “Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr deyib.
“Yeni administrasiya İrana qarşı daha sərt davranır, Türkiyə və Azərbaycanı regionda İranı cilovlaya bilən ölkələr kimi görür. Ona görə də onlar üçün Azərbaycanla yaxşı münasibətlər saxlamaq çox vacibdir. Eyni zamanda ABŞ Ermənistanla normal münasibətləri davam etdirəcək. Paşinyan əlaqələri gücləndirmək və əvvəlki administrasiya dövründə bağlanmış sənədin müddəalarının qorunub saxlanmasını təmin etmək məqsədilə Vaşinqtona gəlib. Bu münasibətlər qorunacaq. Lakin buna baxmayaraq, ABŞ birtərəfli və qərəzli şəkildə Azərbaycandan yana olacaq, bu, soyuq geosiyasi hesablamadır”, – o bildirib.
M.Orr Tramp administrasiyasının əvvəlki administrasiyadan daha çox Cənubi Qafqaza diqqət yetirəcəyinə əmin deyil:
“ABŞ və Ermənistan arasında bağlanmış strateji saziş Azərbaycanın hərbi eskalasiyası halında ABŞ-nin güclü müdaxiləsini nəzərdə tutmur. Eyni zamanda Trampın nə edəcəyini dəqiq deyə bilmərik. Ermənistan və Azərbaycan məsələsində də komandadaxili sərt mübarizə olacaq”.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
