Siyasət
Pleyeri seçin:

ABŞ-nin Azərbaycana qarşı sanksiyalarının arxasındakı həqiqətlər | Tofiq Zülfüqarov açıqladı

07 oktyabr 2024

“1992-ci ildə Azərbaycana qarşı sanksiya tətbiq olunmuşdu. Bizim ictimaiyyət bilmir, həmin vaxt Ermənistan da sanksiya altında idi. O sanksiyalar 1974-cü ildə qəbul olunan Cekson-Venik qanununa əsaslanırdı”.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Prezident İlham Əliyevin Cəbrayıl sakinləri ilə görüşü zamanı ABŞ-nin Azərbaycana sanksiyaları barəsində çıxışını şərh edərkən deyib.

O bildirib ki, 1974-cü ildə Cekson və Venik adlı 2 konqresmenin təşəbbüsü ilə Sovet İttifaqı və Çinə qarşı qanun qəbul edildi:

“Bu, yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş idi. Sovet İttifaqı dağılandan sonra MDB ölkələrinə Cekson-Venik qanunu şamil olundu. Bu siyahıya Ukrayna və Gürcüstan da daxil idi”.

“Ermənistana tətbiq edilən sanksiyalar 2004-cü ildə aradan götürüldü. Diqqət edin. 2004-cü ildə işğalın qüvvədə olmasına baxmayaraq, sanksiyalar ləğv edildi. Baxmayaraq ki, bu sanksiyaları tətbiq edərkən ABŞ Administrasiyası Ermənistanın qonşu dövlətin ərazisini işğal etdiyini xüsusi qeyd edirdi. Hətta Dövlət Departamentinin illik məruzələrinin bir neçəsində Ermənistanın Azərbaycan ərazisini işğal etdiyi göstərilirdi”, – deyə politoloq vurğulayıb.

Tofiq Zülfüqarov qeyd edib ki, 2003-cü ildə Gürcüstana, 2005-ci ildə isə Ukraynaya tətbiq edilən sanksiyalar aradan götürüldü:

“Bir də bizə baxın: 1992-ci ildən sonra nə qədər hadisələr baş verdi, Azərbaycanın daxilində BMT-nin Qaçqınlar üzrə xüsusi yüksək komitəsi didərgin salınmış, məcburi köçkün olan insanların sayının 758 min nəfər olduğunu təsdiqləyib. Ancaq buna baxmayaraq, hər il dayandırılsa da, bizə qarşı sanksiyalar qüvvədə olub.

Azərbaycan haqlı olaraq tələb edir ki, maneələr aradan götürülsün. Hesab edirəm ki, dövlət başçısının çıxışında məhz bu mövzu vurğulanıb. Əgər kimsə bizə dostluq çağırışı edirsə, ilk növbədə balanslaşmış, ədalətli yanaşma nümayiş etdirməlidir”.

Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında” Akta 907-ci düzəliş əlavə edilib və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımı qadağan edilib. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon