Pleyeri seçin:

ABŞ-nin Yaxın Şərqdə siyasəti qanla bitəcək?

07 mart 2025 302 baxış

Yaxın Şərqdə növbəti təhlükə İranın qapısını döyə bilər.

Bu ehtimalı daha çox qüvvətləndirən isə İsrail Müdafiə Qüvvələrinin yeni Baş Qərargah rəisi Eyal Zamirin son bəyanatlarıdır.

O bildirib ki, 2025-ci il Qəzza və İrana fokuslanan müharibə ili olacaq. Eyal Zamir son illərdə İsrail Ordusunun əsasən nisbi qələbə və ya çəkindirmə strategiyasına yönəldiyini bildirərək "qələbə" konsepsiyasını əsas dəyər kimi ön plana çəkəcəyini də qeyd edib.

ABŞ tərəfindən İsrailə güclənmə yolunda da dəstək təmin olunmaqdadır. Bir müddət əvvəl 4 milyard dollar dəyərindəki hərbi yardımın ən yaxın zamanda göndəriləcəyi ilə bağlı Birləşmiş Ştatların Dövlət katibi Marko Rubio açıqlama verib.

Bir çox siyasi icmalçı isə düşünür ki, ABŞ-nin diplomatik manevrləri və Ukraynaya dəstəyin azalması bir siqnaldır, yəni ABŞ diqqətini Yaxın Şərqə çevirir.

Ukraynada müharibənin tez bitirilməsinə dair planlar, NATO daxilində dəyişən prioritetlər və Pentaqonun İranı əsas təhdid kimi görməsi onu deməyə əsas verir ki, Vaşinqton Təl-Əvivi tək buraxmayacaq. Üstəlik, İranın HƏMAS və “Hizbullah” kimi nəfəslikləri də artıq təsirsiz hala gətirilib.

Müharibə sadəcə silah və əsgərlərdən ibarət deyil, eyni zamanda siyasi iradə və iqtisadi hazırlıq tələb edir. İranın iqtisadiyyatı uzun müddətdir ABŞ sanksiyaları məngənəsindədir.

Vaşinqtonun və İsrailin niyyəti bəllidir – İranın nüvə ambisiyalarını məhv etmək, onun regional təsirini zəiflətmək və mümkün qədər az itki ilə qalib gəlmək. İsrailin Yaxın Şərqdəki nəhəng şahmat taxtasına bənzəyən siyasəti yavaş-yavaş öz bəhrəsini verir. Ancaq baş verə biləcək mümkün silahlı qarşıdurmada kimin qazanclı çıxacağını zaman göstərəcək. 

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

"Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV

Siyasət
22 dekabr 2025 302 baxış
Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Azərbaycan istehsalı olan silahlar | Dünya hərb bazarına nələri təklif edə bilirik? | HƏRBİ XRONİKA

Siyasət
22 dekabr 2025 302 baxış
Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Regionda güc balansı dəyişir? - "Euronews"da "Qarabağın ürəyi"ndən reportaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 dekabr 2025 302 baxış
Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Siyasət
22 dekabr 2025 302 baxış
"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Nizami rayonunda 48 mindən çox Qərbi azərbaycanlı məskunlaşıb" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
22 dekabr 2025 302 baxış
Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 302 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 302 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 302 baxış
Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Siyasət
22 dekabr 2025 302 baxış
İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

Siyasət
22 dekabr 2025 302 baxış
Seçilmişlər
icon