ABŞ rəsmisindən Laçın yolu ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Bildiyim qədəri ilə üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlər üçün keçirdiyi gündəlik brifinqdə deyib.
“Biz sözümüzlə və əməlimizlə bildirdik ki, Ermənistan və Azərbaycan arasındakı problemlərinin araşdırılması üçün kömək etməyə hazır və qadirik. Dövlət katibi Blinken Münhendə Ermənistan və Azərbaycan hökumət başçıları ilə üçtərəfli görüş keçirdi. Belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır. Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin tam həlli üçün hərtərəfli dəstəkləməyə hazırıq. Laçın yolu ilə bağlı isə dövlət katibi ötən həftəsonu Münhendə Baş nazir və Prezident qarşısında çıxışında bu məsələni qaldırıb. Azərbaycan tərəfi bir dəfə qeyd etdi ki, yol humanitar yardım üçün açıqdır”, - deyə o bildirib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
