Siyasət
Pleyeri seçin:
Aİ missiyası Ermənistanda fəaliyyətə başladı
Avropa İttifaqının Ermənistandakı mülki missiyası fevralın 20-də fəaliyyətə başlayıb. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşdiriləcək missiya təxminən 100 nəfərdən ibarət olacaq.
Qeyd edək ki, Avropa İttifaqının Xarici Fəaliyyət Siyasəti Xidmətinin Mülki Planlaşdırma departamentinin idarəedici direktoru Stefano Tomat mülki əməliyyatlar komandiri, Markus Ritter isə missiya rəhbəri vəzifəsini icra edəcək.
Kopyalandı
Seçilmişlər