Aleksandar Vuçiç COP29 tədbirindən danışdı | Onlar vədlərinə əməl etmədi…
Prezident İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq məsələlərini, Serbiyada qaz elektrik stansiyasının tikintisi ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə iqlim konfransının açılışına gələn Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə açıqlamasında bildirib.
“Dəvətinə və qonaqpərvərliyinə görə İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”, – o deyib.
A.Vuçiç qeyd edib ki, iqlimin maliyyələşdirilməsi məsələləri çox mürəkkəbdir və böyük investisiyalar tələb edir. Onun sözlərinə görə, hələ Qlazqoda keçirilən COP zamanı tərəflər bu məqsədlər üçün hər il xeyli vəsait ayıracaqlarına söz veriblər, lakin onlar vədlərinə əməl etməyiblər.
“Ümid edirəm ki, biz daha effektiv olacağıq və birlikdə xalqlarımızın rifahı üçün nələrsə edəcəyik”, – Serbiya lideri bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident Dağıstanın tanınmış şəxsini təltif edib
- Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi
- Türk dünyasının ortaq əlifbası ilə bağlı yeni addım | Yaxın Şərqdə gərginlik bitir? - YENİ BİR SƏHƏR
- İİB Qrupunun 51-ci illik toplantıları | Nələr müzakirə edildi? - Baku TV
- "Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır" | İlham Əliyev - Baku TV
