Pleyeri seçin:

Avropada erməni təxribatı: Qarabağ həqiqətləri bir-bir sadalandı

14 noyabr 2023 488 baxış

Avronest Parlament Assambleyası komitəsinin birgə iclasında Martina Mişel və Maria Karapetyan çıxış edərək Azərbaycanın inzibati ərazi vahidlərində yanlışlığa yol verib.

Bu da nümayəndə heyətimizin üzvü Soltan Məmmədovun haqlı etirazına səbəb olub. Millət vəkili qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati rayon yoxdur, Qarabağ iqtisadi rayonu var.

Deputat vurğulayıb ki, sentyabrın 19-da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində qeyri-qanuni fəaliyyət göstərən erməni hərbi birləşmələrinin ciddi təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün antiterror tədbirləri həyata keçirilib:

“Əminəm ki, dünyada ağır silahlarla təchiz edilmiş qeyri-qanuni hərbi qüvvələrin öz ərazisində olmasına dözə biləcək heç bir ölkə yoxdur. Məhz Azərbaycan 30 il ərzində 20 faiz ərazisinin işğalı ilə üzləşib.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasından və ölkəmin ərazi bütövlüyünün bərpasından sonra Azərbaycan regionda sülhə çağırır. Məruzədə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli BMT Konvensiyasına istinad var.

Azərbaycanın Qarabağ bölgəsini tərk edənlərin hamısının Ermənistan vətəndaşlığı var və onların üçdəbiri 1990-cı ildə bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılıb ki, bu da Cenevrə Konvensiyasının 49-cu bəndinin tamamilə pozulmasıdır.

Bundan əlavə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi və BMT-nin işğaldan azad edilmiş ərazilərdəki iki missiyası heç bir pis rəftar halının qeydə alınmadığını və heç kimin təzyiqə məruz qalma hallarının olmadığını təsdiqləyib”.

Deputat qeyd edib ki, Ermənistan iki il yarıma yaxın Laçın yolundan qanunsuz və hərbi məqsədlər üçün sui-istifadə edib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalandığını və nəticədə yüzlərlə insanın zərər çəkdiyini diqqətə çatdırıb.

Soltan Məmmədov məruzə layihəsində azərbaycanlı məcburi köçkünlərlə bağlı rəqəmlərin göstərildiyi, lakin bu insanların niyə məcburi köçkünə çevrildiyinin səbəblərinin əksini tapmadığını bildirib.

Eyni zamanda 1988-89-cu illərdə Ermənistan ərazisindən qovulmuş 250 mindən çox azərbaycanlı qaçqınlar haqqında məlumatın da məruzəyə daxil edilməsinin vacib olduğunu qeyd edib.

Deputat bildirib ki, Azərbaycan dövləti erməni sakinlərin digər vətəndaşları ilə bərabər hüquqlarını təmin etməklə inteqrasiyası üçün sosial, iqtisadi, təhlükəsizlik, idarəetmə və digər sahələrdə addımları əks etdirən hərtərəfli reinteqrasiya planı hazırlayıb.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 488 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 488 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 488 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 488 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 488 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 488 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 488 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 488 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 488 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 488 baxış
Seçilmişlər
icon