Siyasət
Pleyeri seçin:

Ayxan Hacızadə od püskürdü: Ermənistan öhdəlikləri yerinə yetirməlidir!

09 sentyabr 2024

“Təəssüf ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikirləri ilə əlaqədar yerli medianın suallarına cavabında deyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib:

“Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80 % razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb.

Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu, məqbul hesab edilə bilməz. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.

Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır". A.Hacızadə deyib ki, saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hal-hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir.

"Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib.

Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi, həqiqətən də, bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, – XİN rəsmisi vurğulayıb.

Beninin yeni səfiri İlham Əliyevin qəbulunda | Nələr müzakirə edildi?

Beninin yeni səfiri İlham Əliyevin qəbulunda | Nələr müzakirə edildi?

Siyasət
14 oktyabr 2024
İlham Əliyev Qətərin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

İlham Əliyev Qətərin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Siyasət
14 oktyabr 2024
İlham Əliyev Julyen de Freponun etimadnaməsini qəbul etdi

İlham Əliyev Julyen de Freponun etimadnaməsini qəbul etdi

Siyasət
14 oktyabr 2024
Pezeşkian Şahin Mustafayevlə görüşdə səfirliyimizə edilən hücumdan danışdı

Pezeşkian Şahin Mustafayevlə görüşdə səfirliyimizə edilən hücumdan danışdı

Siyasət
14 oktyabr 2024
ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistanın gizli niyyəti nədir? | BAKU ANALİTİK

ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistanın gizli niyyəti nədir? | BAKU ANALİTİK

Siyasət
14 oktyabr 2024
İsrail nəşri: Britaniya Qərbi Zəngəzuru Azərbaycan ərazisi kimi qəbul edir | BİZDƏN NƏ DANIŞIRLAR?

İsrail nəşri: Britaniya Qərbi Zəngəzuru Azərbaycan ərazisi kimi qəbul edir | BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
14 oktyabr 2024
Bakı AŞPA ilə bağlı şərtini elan etdi | Səməd Seyidovdan mühüm açıqlama

Bakı AŞPA ilə bağlı şərtini elan etdi | Səməd Seyidovdan mühüm açıqlama

Siyasət
14 oktyabr 2024
Paşinyan geri addım atdı | Zəngəzur dəhlizinə hansı ölkə nəzarət edəcək?

Paşinyan geri addım atdı | Zəngəzur dəhlizinə hansı ölkə nəzarət edəcək?

Siyasət
14 oktyabr 2024
Gürcüstan illər öncə yaşananlardan necə dərs çıxardı? | Ekspertlərdən şərh

Gürcüstan illər öncə yaşananlardan necə dərs çıxardı? | Ekspertlərdən şərh

Siyasət
14 oktyabr 2024
İrəvan xanlığının 1111 kəndindən yalnız 62-də gəlmə ermənilər yaşayıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İrəvan xanlığının 1111 kəndindən yalnız 62-də gəlmə ermənilər yaşayıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
14 oktyabr 2024
Seçilmişlər
icon