Pleyeri seçin:
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimlərdə iştirak edəcək
Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub. Həmçinin təlimlər zamanı “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.
Plana uyğun olaraq, təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.
Kopyalandı
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
